Həmas ABŞ-ın sionistlər yaşayan şəhərciklərlə bağlı qərarını qınadı
![Həmas ABŞ-ın sionistlər yaşayan şəhərciklərlə bağlı qərarını qınadı](https://sizinyol.org/wp-content/uploads/2020/11/2-17.jpg)
Sizinyol xarici mediaya istinadən xəbər verir:
Həmas hərəkatı verdiyi açıqlamada ABŞ-ın işğal altındakı Sionist yaşayış yerlərində istehsal olunan məhsulları “İsrail məhsulları” elan etməsini beynəlxalq qanunların açıq şəkildə pozulması kimi xarakterizə etdi.
Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) ABŞ-ın Qərb Sahilindəki sionist məskunlaşma məntəqələri ilə bağlı son qərarını beynəlxalq hüquqa zidd hesab etdi.
HƏMAS şənbə günü bu qərarı qınayan bir açıqlama verdi: “Bu qərar millətə qarşı təhlükəli bir düşmənçilik və beynəlxalq hüququ açıq şəkildə pozmaq və işğalçı hökumətə qalan Fələstin torpaqlarını öz ərazisinə ilhaq etmək üçün yaşıl işıq yandırmaqdır.”
HƏMAS ABŞ-ı Tramp administrasiyasının sionistlərə xidmət etmək və fələstinlilərin hüquqlarını pozmaq üçün verdiyi bütün qanunsuz və ədalətsiz qərarları ləğv etməyə çağırdı.
2334 saylı qətnamə də a daxil olmaqla Təhlükəsizlik Şurasının qərarlarında, İordan çayının Qərb Sahili Fələstin ərazisi kimi tanınıb. Həmçinin, qətnamə bölgədə şəhərsalma işləri və ya hər hansı bir istehsalı və onun satışını qadağan edir.