HƏMAS “Nəkbə günü” ilə bağlı reaksiya verib

HƏMAS  “Nəkbə günü” ilə bağlı  reaksiya verib

HƏMAS Almaniya hökumətinin Nəkbə gününün ildönümü ilə bağlı hər hansı fəaliyyətə qadağa qoyma addımını pisləyib.

HƏMAS İslami Müqavimət Hərəkatının sözçüsü Əbdüllətif Əl-Qanu bu gün (şənbə günü) yaydığı bəyanatda Almaniya hökumətinin “Nəkbə günü” (Fələstinin işğalının ildönümü) qeyd olunmasını qadağan etmək qərarını pisləyib.

Anadolu Xəbər Agentliyinin məlumatına görə, Almaniya hökuməti cümə günü “Nəkbə günü” ilə bağlı bütün fəaliyyət və nümayişləri qadağan edib və “Der Spiegel” qəzeti yazıb ki, Almaniya inzibati məhkəməsi yəhudilər əleyhinə şüarlar səsləndirmək və iğtişaşların artacağı bəhanəsi ilə fələstinlilərin beş nümayişini qadağan edib.

Həmas sözçüsü verdiyi açıqlamada nümayişin yanlış səbəblərə görə qadağan edildiyini və bunun şəhər və kəndlərdən didərgin düşmüş fələstinlilərin, həmin günün ildönümünü qeyd etmək istəyən insanların hüquqlarının pozulması olduğunu bildirib.

Əl-Qanu vurğulayıb: “Almaniyanın bu davranışı həqiqəti aydınlaşdıran və sionist işğalçının çirkin simasını ifşa edən bir hekayəni ört-basdır etməyə çalışması ilə uyğundur. Əzabları davam edən xalqımıza qarşı ən böyük etnik təmizləmə aktının əsas şahidi fələstinli qaçqınlardır və almanların bu davranışı qaçqınlar məsələsini ört-basdır etmək cəhdidir.”

O, daha sonra “Nəkbə günü”nün qeyd olunmasını qanuni hüquq və ifadə azadlığının nümunəsi adlandırıb və bildirib ki, bütün beynəlxalq qanunlar bu hüququ tanıyır və bu mərasimlərin keçirilməsinə qadağa qoyulması ifadə və fikir azadlığının açıq şəkildə pozulması və ikili standartların nümunədir.

Almaniyadakı fələstinli qruplar bundan əvvəl müvəqqəti sionist rejimin siyasətlərinə etiraz olaraq şənbə və bazar günləri mitinqlər keçirəcəklərini bəyan etmişdilər. Sabah (15 may) Nəkbə Gününün və 1948-ci ildə yüz minlərlə fələstinlinin məcburi köçün vəziyyətinə salınmasının ildönümüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × three =