Həmas: Atəşkəs təklifinə Qüds də daxil olmalıdır
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, cümə günü sionist rejimi televiziyasının 12-ci kanalı Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) irəli sürülən atəşkəs təklifinə qoyduğu şərtlərindən xəbər verib.
Qüds TV Kanal 12-yə istinadən, İsrailin Misirin nəzarəti altında Rusiyanın atəşkəs təklifini rədd etdiyini bildirib.
Məlumata görə, HƏMAS atəşkəs təklifinə Qüds məsələsinin də daxil edilməsini zəruri bildiyinə görə, bu səbəbdən Təl-Əviv bu təklifi rədd edib.
Həmasın siyasi bürosu rəhbərinin müavini Saleh əl-Aruri dünən axşam Əl-Ərəbiyə verdiyi açıqlamada Həmasın üç saatlıq atəşkəs və gərginliyi azaltmaq üçün bir fürsət təklifi aldığını söyləyib.
Əl-Aruri bu barədə deyib: “Biz üç və ya altı saatlıq atəşkəsin əleyhinəyik … Həmas müharibə istəmir. Vasitəçilik məsələsinə gəldikdə münasibətimiz budur ki, İsrail Fələstin xalqına hücumlarına son verdiyini elan etsin.”