Həmas: Atəşkəsin ikinci mərhələsində bütün sionist məhbusları azad etməyə hazırıq

Həmas: Atəşkəsin ikinci mərhələsində bütün sionist məhbusları azad etməyə hazırıq

Həmasın media müşaviri atəşkəsin ikinci mərhələsində Qəzzada qalan bütün sionist məhbusları bir anda azad etməyə hazır olduqlarından xəbər verib.

Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən,  Tahir Nunu bu gün (19 fevral) deyib: Həmas vasitəçi tərəflərə elan edib ki, İsrail həbsxanalarındakı bütün fələstinli məhbusların azadlığa buraxılması müqabilində razılaşma çərçivəsində bir neçə mərhələdə deyil, bir anda bütün qalan sionist məhbusları azad etməyə hazırdır. Hərəkat vasitəçilərə məlumat verib ki, müqavimət qüvvələrinin əlində olan bütün sionist məhbusları, o cümlədən canlı və öldürülən məhbusların, həmçinin yüksək rütbəli zabitlərin cəsədlərini dərhal işğalçı rejimlə mübadilə etməyə hazırdır.

Tahir Nunu həmçinin qeyd edib: Həmasın məqsədi hərəkatın ciddiliyini nümayiş etdirmək, Qəzzada daimi atəşkəs əldə etmək məqsədi ilə məhbuslar məsələsinə son qoymaq və atəşkəs rejimini möhkəmləndirmək üçün addımlar atmağa tam hazır olduğunu bəyan etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =