Həmas baş katibini şəhid etdilər

İslam İnqilabı Keşikçiləri Korpusunun İctimai Əlaqələr İdarəsi yaydığı açıqlamada HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə və onun mühafizəçilərindən birinin Tehrandakı iqamətgahına vurulan zərbə nəticəsində şəhid olduğunu elan edib.
İRNA-nın verdiyi xəbərə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun elanındada deyilir: HƏMAS siyasi bürosunun lideri cənab doktor İsmayıl Həniyyə və onun bir mühafizəçisi Tehrandakı iqamətgahında şəhid oldu.
Elanın mətni belədir:
Allahın adı ilə
Biz Allahdanıq və Ona tərəf qayıdırıq
Qəhrəman Fələstin xalqına və İslam xalqına və müqavimət cəbhəsi döyüşçülərinə və möhtərəm İran xalqına başsağlığı ilə bu səhər (çərşənbə günü – 31 iyul) Həmas Hərəkatı siyasi bürosunun rəhbəri cənab Dr.İsmail Həniyyənin iqamətgahı Tehranda vuruldu və bu hadisədən sonra o və mühafizəçilərindən biri şəhid oldu.
Bu hadisənin səbəbi və detalları araşdırılır və nəticələri daha sonra açıqlanacaq.