Həmas: Beynəlxalq ictimaiyyət susmasaydı, sionist rejim qırğınlar törətməyə cürət etməzdi

Həmas: Beynəlxalq ictimaiyyət susmasaydı, sionist rejim qırğınlar törətməyə cürət etməzdi

Həmas Amerikanın dəstəyi və beynəlxalq ictimaiyyətin sionist rejimin cinayətləri qarşısında susmasını Qəzzada amansız qırğınların davamına səbəb kimi dəyərləndirib.

İRNA-nın verdiyi məlumata görə, Həmas İsrail ordusunun Qəzza zolağının mərkəzindəki “Əl Müfti” məktəbindəki qaçqın düşərgəsinə hava hücumuna cavab olaraq verdiyi açıqlamada deyib: Bu gün səhər tezdən Qəzza zolağının mərkəzindəki Nuseyrat qaçqın düşərgəsindəki “Əl Müfti” məktəbində işğalçı İsrail ordusunun vəhşilikləri sionistlərin Fələstin xalqına qarşı vəhşicəsinə soyqırım müharibəsinin davamıdır.

Bəyanatda Həmas beynəlxalq ictimaiyyətdən və BMT-dən bu cinayətlərin davamı üçün hüquqi və mənəvi məsuliyyətlərini üzərinə götürmələrini xahiş edərək beynəlxalq ictimaiyyət və BMT-dən sionist rejimin hücumlarının dayandırılması və bu terror rejiminin başçılarının Fələstin xalqı və regiona qarşı cinayətkarlıqlarına görə mühakimə olunması üçün səylərini sürətləndirməsini istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × four =