Həmas: Biz atəşkəs danışıqlarının ikinci mərhələsinə hazırıq

Həmasın yüksək vəzifəli rəsmisi hərəkatın atəşkəs razılaşması üzrə danışıqların ikinci raunduna başlamağa hazır olduğunu açıqlayıb.
Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Üsamə Həmdan dünən (13 fevral) Əl-Ərəbi telekanalına müsahibəsində deyib: Biz gələn bazar ertəsi atəşkəs danışıqlarının ikinci mərhələsinə başlamağa hazırıq. İstər şənbə günü, istərsə də başqa bir gün sionist məhbusları azad edəcəyik.
Həmdan əlavə edib: Sionist məhbusların azad edilməsinə 48 saat qalıb və İsrail tərəfinin Qəzza zolağına daxil olan prefabrik evlər və ağır texnikanın girişinə mane olması Həmasın cavabı ilə qarşılanacaq.
O, vurğulayıb: Atəşkəs razılaşmasının pozulması və ya Fələstin xalqına qarşı təcavüz qarşısında səssiz qalmayacağıq.