HƏMAS: Fələstin müqaviməti işğalçı rejimin cinayətlərinə cavab verir

HƏMAS: Fələstin müqaviməti işğalçı rejimin cinayətlərinə cavab verir

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) sözçüsü çərşənbə axşamı gecə Nablusun cənubunda 2 sionist əsgərin yaralanması ilə bağlı bildirib ki, bu əməliyyat işğalçı rejimin cinayətlərinə cavab olaraq həyata keçirilib.

Fələstinin Şahab xəbər agentliyinin məlumatına görə, Əbdüllətif Əl-Qanu deyib: Şəhadət əməliyyatı işğalçıların müqəddəs yerlərimizə və xalqımıza qarşı cinayət və təcavüzlərinə, o cümlədən, fələstinli məhbuslara qarşı repressiv tədbirlər cavab vermək üçün Nablusun Zətəra keçid məntəqəsində müqavimət əməliyyatı çərçivəsində həyata keçirilib.”

O, əlavə edib: Bu əməliyyat sionist rejimin məhbuslara hücumları ilə eyni vaxtda həyata keçirilib və müqavimətin sionistlərə cavab vermək qabiliyyətinin olduğunu bildirmək üçün baş verib. Həmçinin, məhbusları müdafiə etməyə hazır olduqlarına da təkid edilib.

HƏMAS sözçüsü deyib: Qəhrəman məhbuslarımızı əmin edirik ki, müqavimət sionist həbsxanalarının rəhbərlərinə qarşı mübarizədə onlarla həmrəydir və onları müdafiə edəcək və işğal rejiminin həbsxanalarından onların azad edilməsinə sadiq qalacaq.

Xəbər mənbələri çərşənbə axşamı gecə Nablusun cənubunda fələstinli gəncin avtomobillə sionist əsgərlərə hücumu nəticəsində iki əsgərin yaralandığını bildirib.

Ötən günlərdə Qüdsdə 8 sionistin ölümü və 12-nin yaralanması ilə nəticələnən iki əməliyyatdan sonra işğal altındakı Fələstində gərginlik artıb.

Bu günlərdə işğal olunmuş ərazilərə, xüsusilə, İordan çayının qərb sahilinə xüsusi şərait hakimdir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + two =