HƏMAS: Fələstin xalqı Cənin cinayətinə cavab verəcək

HƏMAS: Fələstin xalqı Cənin cinayətinə cavab verəcək

HƏMAS hərəkatı bir bəyanatda bu hərəkatın hərbi qanadı olan bir sıra Kətaib əl-Qəssam döyüşçüsünün sionistlərin Cənin düşərgəsindəki cinayətində şəhid olmasına reaksiya verib.

Həmas hərəkatı sionistlərin Cənin düşərgəsindəki cinayətinə cavab olaraq verdiyi bəyanatda Fələstin xalqının bu cinayətə cavab verəcəyini vurğulayıb.

HƏMAS əlavə edib: Sionistlərin cinayətləri heç vaxt Fələstin xalqını qorxutmur, əksinə işğalçılar və mühacir silahlı qruplaşmalara qarşı mübarizə əzmini artırır.

 “Sahab News” saytının xəbərinə görə, HƏMAS həm də Fələstin xalqının işğalçı rejim və onun cinayətlərinə cavab olaraq müqaviməti gücləndirməsini, şəhidlərin qanının qisasını almasını və onların iradəsinə sadiq qalmasını vurğulayıb.

Sionist hərbçilərin çərşənbə axşamı Cənin düşərgəsindəki cinayətində bir neçə Kətaib əl-Qəssam döyüşçüsü, o cümlədən, Nablusdakı Əsgər düşərgəsindən olan 49 yaşlı Əbdülfəttah Hüseyn Xuruşe və iki köçkünün ölümünə səbəb olan Havara əməliyyatının içraçısı 26 yaşlı Məhəmməd Vail Ğəzavi, 29 yaşlı Ziyad Əmin Əz-Zərini, 27 yaşlı Tariq Ziyad Mustafa Nazur, 22 yaşlı Mötəsim Nasir Əs-Səbbağ və Məhəmməd Əhməd Səid Xuluf şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + seven =