HƏMAS: Fələstin xalqı müqavimətin dəstəyi ilə sionist rejimlə döyüşdə qalib gələcək

HƏMAS: Fələstin xalqı müqavimətin dəstəyi ilə sionist rejimlə döyüşdə qalib gələcək

İslami Müqavimət Hərəkatı HƏMAS-ın sözçüsü öz sözlərində deyib: Sonda müqavimətin dəstəyi ilə sionist rejimə qarşı döyüşdə qalib gələcək olan Fələstin xalqıdır.

Livanın “Əhd” xəbər saytının məlumatına görə, HƏMAS sözçüsü Hazim Qasim Qəzzə sərhədində müqavimət qruplarının fəaliyyətləri zamanı deyib: Biz işğalçı rejimlə açıq döyüşdəyik və cəsur müqavimətin dəstəyi ilə xalqımızın kütlələri qalib gələcək. Bu döyüşün sonunda işğalçılar üçün heç bir zəfər və fürsət olmayacaq.

Qasim deyib: Biz bu gün Qəzzə şəhərinin ətrafındayıq və Məscidül-Əqsa və onun ərəb və islami kimliyini müdafiə etmək üçün apardığımız döyüşün əhatəliliyinə bir daha təkid edirik.

Fələstin xalqının bütün cəbhələrdə qəsbkar sionist rejimə qarşı mübarizə apardığını vurğulayaraq qeyd edib: Biz müqəddəs məkanlarımızı müdafiə etmək üçün şərəf döyüşlərində bir an belə tərəddüd etməyəcəyik.

Hazim Qasim həmçinin vurğulayıb: Məscidül-Əqsanın həyətlərində keçirilən oturaq aksiyalar mühacir sürüsü ilə qarşı-qarşıya gəlmək və sionist polisə meydan oxumaq qabiliyyətini sübut etdi və onların hazırlığı həmişə işğalçı rejimin Məscidül-Əqsa üzərində nəzarət planlarını puça çıxaracaq.

Yəhudi ilinin başlanması bəhanəsi ilə sionist mühacirlər Əl-Əqsa məscidinə hücuma başlayıblar.

 Sionist rejim əsgərləri də sionist köçkünlərə dəstək vermiş və Məscidül-Əqsanın mühafizəsini aparan fələstinli gənclərin bu mühacirlər ilə qarşıdurmasına mane oldular.

Digər tərəfdən, fələstinli gənclər sionist mühacirlərin Məscidül-Əqsadakı Əl-Qəbli məscidinə hücumuna qarşı şüarlar səsləndirirlər və işğalçı qüvvələr Bab əl-Əsbat istiqamətində sərt tədbirlər görərək, Fələstin vətəndaşlarının Məscidül-Əqsaya girməsinə mane olublar.

Bir qrup Fələstin vətəndaşı da mühacirlərin hücumu qarşısında Məscidül-Əqsanın giriş qapılarından birində namaz qıla və şüarlar səsləndirərək Məscidül-Əqsanı müdafiə edib.

Sionist əsgərlər daha sonra Əl-Əqsa məscidinin fələstinli mühafizəçilərinə hücum edib və Qüdsün Babəl-Əmud bölgəsində bir fələstinli gənci həbs ediblər.

Məscidül-Əqsaya hücum zamanı fələstinlilər mühacirləri qoruyan İsrail əsgərlərinə də əldəqayırma səs qumbaraları və molotov kokteyli atıblar.

Yəhudilərin bayramları ilə eyni vaxtda və Fələstinin müqavimət əməliyyatlarının genişlənməsindən ehtiyat edən sionist rejim İordan çayının qərb sahilində mövcudluğunu gücləndirib və buranı qapalı hərbi zona elan edib.

Son iki ayda sionist rejimin rəhbərləri, xüsusilə bu rejimin Qəzzaə zolağına üç günlük hərbi təcavüzündən sonra İordan çayının qərb sahilində Fələstin xalqının silahlı və xalq müqavimətinin artması ilə üzləşirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − one =