HƏMAS Google və Apple şirkətlərinə etiraz etdi

HƏMAS Google və Apple şirkətlərinə etiraz etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzadakı Həmas hökumətinin məlumat bürosu çərşənbə günü Google və Apple-ın Fələstinin adını xəritələrdən çıxarmasına qarşı reaksiya verib.

Fələstin xəbər agentliyi “Safa”ya görə, Qəzza hökumətinin məlumat bürosu bildirib: “Fələstin adının Google və Apple’in naviqasiya proqramlarından çıxarılması və İsrailin adı ilə əvəzlənməsi ilə bağlı atılan addımlarl qınayırıq. Onlar bununla bütün tarixi və hüquqi həqiqətləri kənara qoydular. Bütün faktlar yer kürəsinin bu hissəsinə sahibliyin fələstinlilərə aid olduğunu sübut edir.”

Bəyanatın digər bir hissəsində belə deyilir: “Bunu millətimizə və hüquqlarımıza qarşı düşməncəsinə davranışın bir növü kimi, beynəlxalq qətnamələrə və müqavilələrə zidd bir hərəkət olaraq qəbul edirik. Bu addım işğalçılara açıq bir dəstəyi göstərir. Ona görə də bu iş, xalqımız və Fələstinin haqq işinin bütün tərəfdarları və himayədarları tərəfindən ciddi müqavimət tələb edir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 4 =