HƏMAS Hərəkatı: “Xan Əhmər” sakinlərinin köçürülməsi etnik təmizləmədir

HƏMAS Hərəkatı: “Xan Əhmər” sakinlərinin köçürülməsi etnik təmizləmədir

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS vurğulayıb ki, işğal olunmuş Qüdsün “Xan Əhmər” bölgəsi sakinlərinin köçürülməsi sionist rejimin Fələstin vətəndaşlarına qarşı irqi təmizləmə siyasəti nəticəsində həyata keçirilir.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Fələstin İslami Müqavimət Hərəkatının sözçüsü Hazim Qasim məsələyə aydınlıq gətirərək deyib:

Sionist düşmənin Xan Əhmər sakinlərini didərgin salmaq və bu torpağın ilkin sahiblərini köçürmək təhlükəsi sionist rejim kabinetinin sionist mühacirlər üçün yaşayış məntəqələrini inkişaf etdirmək məqsədi daşıyan irqçi siyasətidir.

O, vurğulayıb ki, bu gün Xan Əhmər kəndində keçirilən nümayiş göstərdi ki, bu torpaq fələstinlilərindir və sionist düşmən onun sakinlərini oradan çıxara bilməz.

Qeyd edək ki, sionist parlamentin Likud partiyasından olan üzvləri bu kəndi dağıtması və boşaltması üçün Netanyahunun kabinetinə təzyiq göstərmək məqsədi ilə Şərqi Qüdsün Xan Əhmər kəndini ziyarət etmək niyyətindədirlər.

Sionist rejim dəfələrlə bu Fələstin kəndini dağıtmağa cəhd edib və qondarma sionist məhkəmə orqanları da onun dağıdılmasına göstəriş verib, lakin fələstinlilərin israr və müqaviməti sionist işğalçılarına bu kəndi dağıtmağa imkan verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 13 =