HƏMAS hərəkatının sədr  müavini: Hacı Qasimin əkdiyi ağac bar verir

HƏMAS hərəkatının sədr  müavini: Hacı Qasimin əkdiyi ağac bar verir

Tehrandakı cümə namazında HƏMAS hərəkatının sədr müavini Hacı Qasimin vədəsinə əməl edərək ruhunu müqavimətə fəda etdiyini vurğulayıb və deyib:

“Ruhuna xitabən deyirik ki, əkdiyin ağac bu gün bəhrəsini verir.”

HƏMAS hərəkatının sədr müavini Xəlil Əl-Həyyə bu gün, mayın 29-u cümə günü günorta Tehranda Qüds günü mərasimində və cümə namazı xütbələrindən əvvəl deyib:

Mən Fələstindən, Məscidül-Əqsadan, Qüdsdən, Qəzzədən və qələbəyə doğru gedən mücahidlərin yanında gəlmişəm. Gəlmişəm ki, sizinlə Qüds Gününü qeyd edim.

O, davam edib: “Dünyada milyonlarla insan bu gün Qüds Gününü qeyd edir və deyir ki, Qüds bizimdir və işğalçılar məhv olmaq üzrədir.”

HƏMAS hərəkatının yüksək məqamlı üzvü Qüdsün milləti bir araya gətirdiyini bildirib və deyib: Qüdsün kimliyi Qurandan götürülüb və döyünən ürəyi Məscidül-Əqsadır. Bu məscid müsəlmanların ilk qibləsidir. Bu məscidə tərəf gedənlər Allahın mücahid bəndələridir.

O, əlavə edib: “Milyonlarla insan Beynəlxalq Qüds Gününü qeyd edir və biz Qüdsün azad edilməsi qərargahındayıq. İşğalçı sionist qüvvə dünyaya qorxu salıb və düşmənlər arasında belə bir məsələ aşılanıb ki, guya qarşısıalınmaz qüdrətə malikdir, lakin işğalçı ordu məğlubediləndir və məhv olacaq.

HƏMAS hərəkatının sədr müavini Fələstin müqavimətinin sionistlərə qarşı qələbələrinə toxunaraq qeyd edib:

Keçən il biz Qüds Qılıncı döyüşündə sionist ordusunu məğlub etdik. Onların Qüdsü yəhudiləşdirmək istəyinin qarşısını aldıq və biz hər gün onların planlarını alt-üst edirik. Qəlbimizdə hər gün şəhidlik ruhu artır. Fələstin xalqı qələbəyə israrlıdır.

O, əlavə edib: Şəhidlərin qanı Qüdsün azad edilməsi yolunu müəyyən edir.

Amerika və işğal qorxusu bitdi. Çünki bilirik ki, İran İslam Respublikası bizi dəstəkləyir. Hacı Qasım vədini yerinə yetirdi və müqavimət yolunda canını fəda etdi. Ruhuna xitabən deyirik ki, əkdiyin ağac bu gün bəhrəsini verir. İsrail işğalçıları müsəlmanları Məscidül-Əqsadan uzaqlaşdırmağa çalışırlar, lakin Allahın qələbə vədi yerinə yetir. Biz Qüdsü azad edəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 11 =