Həmas: Hər hansı atəşkəs razılaşması işğalçı qüvvələrin Qəzzadan tamamilə çıxarılması şərtilə mümkündür

Həmas: Hər hansı atəşkəs razılaşması işğalçı qüvvələrin Qəzzadan tamamilə çıxarılması şərtilə mümkündür

Həmas siyasi bürosunun üzvü Hessam Bədran Qəzzada hər hansı atəşkəs razılaşması işğalçı qüvvələrin Qəzzadan tamamilə çıxarılması şərtilə mümkün olduğunu vurğulayıb.

İRNA-nın verdiyi xəbərə görə, Hesam Bədran bu gün (16 avqust) deyib: Həmas Qəzzaya qarşı müharibə və təcavüzə son qoymaq məqsədi ilə atəşkəs və girov mübadiləsi ilə bağlı Dohada keçirilən danışıqlara strateji yanaşır. Elə bu cəhətdən də hər hansı qərarın əvvəllər razılaşdırılmış mətnin həyata keçirmək üçün aydın plana əsaslanmasını tələb edir.

Bədran həmçinin əlavə edib: Qəzzada atəşkəsə nail olmaq üçün maneə sionist düşmənin intensiv süründürməçilik siyasətidir. İstənilən razılaşma hərtərəfli atəşkəsə, işğalçı qüvvələrin Qəzzadan tamamilə çıxarılmasına, köçkünlərin geri qaytarılmasına və əsir mübadiləsi razılaşması ilə birlikdə bu maneənin yenidən qurulmasına gətirib çıxarmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + nineteen =