HƏMAS: Hebrondakı işğalçıların planı uğursuzluğa məhkumdur

HƏMAS: Hebrondakı işğalçıların planı uğursuzluğa məhkumdur

HƏMAS hərəkatının sözçüsü İordan çayının qərb sahili xalqının sionist işğalına qarşı müqavimətini tərifləməklə yanaşı, vurğulayıb ki, sionist rejimin Hebronda şəhərsalam planları bu şəhər əhalisinin müqaviməti və israrlılığı ilə uğursuz olacaq.

Əl-Əhd xəbər saytına istinadən verilən məlumata görə, HƏMAS hərəkatının sözçüsü Əbdüllətif əl-Qanu bazar günü verdiyi açıqlamada deyib: “Sionist mühacirlərin Hebron şəhərində xalqımıza qarşı hücumları və şəhərdəki məscidlərə hörmətsizlik və şəhəri yəhudiləşdirmə cəhdi müqavimətlə qarşılanır.”

O vurğulayıb: Xalqımızın Hebronda sionist mühacirlərin təcavüzünə qarşı müqaviməti torpağın və müqəddəs yerlərin müdafiəsində işğalçılarla sərhədsiz qarşıdurma çərçivəsindədir.

Əl-Qanu qeyd edib ki, sionist işğal rejiminin Hebronda yaşayış məntəqələrini gücləndirmək və Fələstin xalqına qarşı hücumları artırmaq səyləri uğursuzluqla nəticələnəcək və şəhərin təbiətini dəyişdirə və müqavimət göstərən xalqın iradəsini məhv edə bilməyəcək.

HƏMAS sözçüsü həmçinin İordan çayının qərb sahili və Hebron əhalisinin öz şəhəri və ziyarətgahlarının müdafiəsi və sionist rejimlə mübarizədəki müqavimətini yüksək qiymətləndirib.

Bu hesabata əsasən, işğal olunmuş ərazilərdə, xüsusilə İordan çayının qərb sahilində bu günlərin şəraiti çox xüsusidir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + seven =