HƏMAS-ın Knesset seçkilərinin nəticələrinə reaksiyası: Müqavimət qüdrətlə özünü müdafiə etməyə hazırdır

HƏMAS-ın Knesset seçkilərinin nəticələrinə reaksiyası: Müqavimət qüdrətlə özünü müdafiə etməyə hazırdır

HƏMAS hərəkatının sözçüsü sionist parlament seçkilərində ifrat sağçı partiyaların liderliyinə cavab olaraq bildirib ki, müqavimət növbəti mərhələdə Fələstini qüdrətlə müdafiə etməyə hazırdır.

Sionist rejimin dünən keçirilən parlament seçkilərinin nəticələrinə əsasən səslərin 62,4%-i bu çərşənbə səhərinə kimi hesablanıb və Likud partiyası qalib gəlib. 33 yer (+1) və ümumilikdə əldə edilən nəticələr göstərir ki, Netanyahunun koalisiyasına meyl edən müttəfiqlər və partiyalar 69 mandat qazanıblar. Tel-Əviv kabinetinin hazırkı baş naziri Yair Lapidin rəhbərlik etdiyi əks koalisiya ümumilikdə 47 yer qazanıb.

HƏMAS hərəkatı bu seçkilərdə sionist rejimin ifrat sağçı partiyalarının rəhbərliyinə cavab olaraq elan edib: İşğalçı rejimin seçkilərinin nəticələri xalqımıza qarşı terrorun artması və güclənməsinə dəlalət edir və vurğulayırıq ki, müqavimət, müdafiə etmək gücü ilə mövcud olacaq.

HƏMAS-ın sözçüsü Hazim Qasim Şahab xəbər agentliyinə verdiyi müsahibədə aydınlaşdırıb ki, bu seçkinin nəticələri növbəti mərhələdə Fələstin xalqına qarşı hücumların və gərginliyin artmasına şahidlik edəcəyini göstərir.

Fələstin Muxtariyyət Təşkilatının baş naziri Məhəmməd Aştiyə də bu gün sionist rejimin seçkilərində ifrat sağçı partiyaların öndə olmasını mühacirlər və işğalçıların ifratçılıq və irqçiliyə meylinin artmasının təbii nəticəsi hesab edib.

O, açıqlamasında deyib: “Fələstin xalqı illərdir bu ekstremist partiyalardan əziyyət çəkir. Cinayətkarların cəzasız qalmasına imkan verən ikili standartlar siyasəti ilə qətl və  həbslər, şəhər, kənd və qəsəbələrin qəsb edilməsi davam edir.

Ramullahın baş naziri vurğulayıb: “Xalqımızın əziyyət çəkdiyi təcavüzkar siyasət və tədbirləri nəzərə alsaq, İsrail seçkilərində seçki qutularının sülh üçün tərəfdaş ola biləcəyi ilə bağlı heç bir illüziya və ya fikrimiz olmayıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − six =