HƏMAS-ın Məscidül-Əqsanı sionistlərin hücumundan qorumaq çağırışı

HƏMAS-ın Məscidül-Əqsanı sionistlərin hücumundan qorumaq çağırışı

HƏMAS hərəkatı sionistlərin hücumuna qarşı Fələstin xalqının Əl-Əqsa məscidində kütləvi şəkildə iştirakına çağırış edib.

Mehr Xəbər Agentliyinin Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bu məscidi müdafiə etmək üçün Fələstin xalqının kütləvi şəkildə Əl-Əqsa məscidində iştirakına çağırış edib.

HƏMAS hərəkatı bu çağırışın bəyanatında elan edib: Biz Fələstin xalqından Cümə günü Məscidül-Əqsada geniş şəkildə iştirak və Məscidül-Əqsanı sionistlərin hücumundan müdafiə və qorumaq üçün etikaf etmələrini xahiş edirik.

HƏMAS hərəkatı əlavə edib: Ərəb və İslam xalqlarından Fələstin xalqının öz torpaqlarını azad etmək və müqəddəs məkanlarını qorumaq istiqamətindəki qanuni mübarizəsini müdafiə etmək və dəstəkləmək üçün dərhal və təsirli addımlar atmalarını xahiş edirik.

HƏMAS hərəkatının bu çağırışı işğalçı qüvvələrin güclü dəstəyi ilə bu axşam onlarla sionist mühacirin beş dəfə Məscidül-Əqsaya hücum etdiyi bir vaxta təsadüf edir.

Qeyd edək ki, sionist mühacirlər, demək olar ki, hər gün Məscidül-Əqsaya hücum edərək, onun həyətində və dəhlizlərində talmud mərasimləri keçirir və Məscidül-Əqsanın vaxt və məkanının bölünməsi istiqamətində öz fitnələrini həyata keçirməyə çalışırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 2 =