HƏMAS-ın Nikbə Gününün 75-ci ildönümü ilə bağlı bəyanatı
HƏMAS hərəkatı bu gün Fələstinin işğalının 75-ci ildönümü ilə bağlı bəyanatında sionist rejimin bu müddət ərzində təcavüzünün davam etməsini beynəlxalq qurum və təşkilatların alnında ləkə kimi qiymətləndirib.
HƏMAS İslami Müqavimət Hərəkatı 1948-ci ildə Fələstin torpaqlarının sionistlər tərəfindən işğalından sonra yüz minlərlə fələstinlinin öz yurd-yuvalarından və torpaqlarından qovulmasını xatırladan Nikbə Gününün 75-ci ildönümünə təsadüf edən bu gün (15 may bazar ertəsi) bəyanat yayıb..
Mayın 15-i 1948-ci ildə Fələstinin işğalı faciəsinin (Nikbə günü kimi tanınır) ildönümüdür və sionistlər ondan əvvəlki günü (14 may) özlərinin “Müstəqillik günü” hesab edirlər.
HƏMAS hərəkatının bəyanatında deyilir: Sionistlərin mübarək və tarixi torpaqlarımızın hər hansı bir hissəsinin işğalı qanuni deyil və onların Fələstinin heç bir hissəsi üzərində suverenliyi yoxdur.
Bu diyarın tacı Məscidül-Əqsadır.
İşğalçılar onun nişanə və əlamətlərini silib onu yəhudiləşdirməyə müvəffəq olmayacaq və xalqımız bütün Fələstini azad edənə qədər onu hərtərəfli müqavimətlə müdafiə etməyə davam edəcək.
HƏMAS hərəkatı daha sonra vurğulayıb: “Sionist düşmənlə qarşıdurmanın yeni mərhələsi başa çatdıqdan sonra Nikbə gününün Fələstinin işğalının 75-ci ildönümüdür.
Bu bəyanatın davamında vurğulanıb ki, Sarul-Əhrar əməliyyatında müqavimət qruplarının müştərək əməliyyat otağı idarəetmə, koordinasiya, meydanların birliyi və xalq birliyi və işğalçı düşmənə qarşı çəkindirmə bərabərliyi kimi prinsiplərini müəyyən edib və sübut edib ki, müqavimət və milli birlik düşmənin planlarını pozmaq üçün ən yaxşı yoldur.
HƏMAS vurğulayıb ki, sionist rejimin zindanlarında məhbus olan fələstinli qadın və kişilərin azad edilməsi üçün bütün səylərini əsirgəməyəcək. Allah izni ilə məhkumlar buraxılacaq.
HƏMAS hərəkatı milyonlarla fələstinli qaçqının Fələstinin daxilində və xaricində düşərgələrdə davamlı əzab çəkməsinin əsas səbəbi kimi sionist rejimi müəyyən edib və bəyan edib ki, bu qaçqınların Fələstinə qayıtması unudulmaz və ya diqqətdən kənarda qalmayan müqəddəs bir haqqdır.