Həmas: İndi ələ silah almaq vaxıdır

Fələstin İslami Cihad Hərəkatı Həmas İordan çayının qərb sahilində fələstinlilərin səfərbər olmasını zəruri hesab edərək bütün fələstinlilərə xitabən deyib: İndi ələ silah almaq zamanıdır.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Həmas rəsmisi Hisam Bədran sionist rejim cinayətləri əleyhinə mübarizənin qızğın çağında bütün fələstinlilərin səfərbər olmasının zərurətini vurğulayıb.
Hisam Bədran 1948-ci ildən işğal olunmuş Fələstin , Qüds və Qərb sahili fələstinlilərinə bu səfərbərlikdə iştirak etmələrini istəyib.
Xatırladaq ki, sionist rejim hərbçiləri Qəzzədəki cinayətlərdən əlavə, Qərb sahili və Qüdsdə də quru əməliyyatları keçirirlər.