Həmas İordan çayının qərb sahili xalqını işğalçı sionistlərə qarşı səfərbər olmağa çağırır
Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) İordan çayı qərb sahili xalqını sionist işğalçılar və köçkünlərə qarşı səfərbər olmağa çağırıb.
Sizinyolun xarici KİV-lərə istinadla verdiyi məlumata əsasən, Həmas dünən gecə (21 yanvar) Təl-Əvivdə 4 sionistin yaralanması ilə nəticələnən anti-sionist əməliyyatını təbrik edərək deyib: İşğalçı İsrail rejiminin əsgərlərinə və sionist mühacirlərə qarşı səfərbər olun, Ceninə və sionist düşmənin hücumu altında olan bütün Fələstin bölgələrinə dəstək verin.
HƏMAS bu bəyanatında Təl-Əvivdə anti-sionist əməliyyatını qəhrəmanlıq adlandıraraq elan edib: Bu əməliyyat bir daha müqavimətin sionist düşmənin işğalı, cinayətləri və təcavüzü davam etdikcə davamlı və inkişaf etdiyini sübut etdi.
Fələstin hərəkatı da bu əməliyyatın lideri Əbdül Qadi Əzizin şəhadətini təbrik və başsağlığı verərək əlavə edib: Bu əməliyyat işğalçıların Ceninə hücumlarına təbii cavabdır.