HƏMAS: İşğalçı rejim Cənində törətdiyi bugünkü cinayətin bədəlini ödəyəcək

HƏMAS: İşğalçı rejim Cənində törətdiyi bugünkü cinayətin bədəlini ödəyəcək

Fələstin HƏMAS hərəkatının siyasi ofisi işğalçı rejimin bu gün Cənin düşərgəsində törətdiyi cinayətin əvəzini ödəyəcəyini və müqavimətin cavabının gecikməyəcəyini açıqlayıb.

Məlumata görə, HƏMAS-ın siyasi ofisinin rəis müavini Saleh Əl-Əruri sionist rejimin Cənin düşərgəsində bugünkü cinayəti və azı 9 fələstinlinin şəhid olması və 20 nəfərin yaralanmasına reaksiya verib.

 “Şahab” saytının məlumatına görə, ƏL-Əruri deyib:

İşğalçı rejim Cənin düşərgəsində bu səhər törədilən cinayətin əvəzini ödəyəcək və müqavimətin cavabı gecikməyəcək.

Millətimizin iradəsi işğalçı rejimin cinayətindən daha güclüdür və Cənin və İordan çayının qərb sahili və sakinləri yenilməz olaraq qalacaq və bu hədəflər onun gücünü və mübarizə əzmini daha da artıracaq.

Sionist rejimin silahlı qüvvələri bu gün səhər saatlarından başlayaraq Cənin düşərgəsinə hücum edib və fələstinli döyüşçülərin müqaviməti ilə üzləşib.

Sionist “Kan” kanalının hərbi müxbiri elan edib ki, Cənində qeyri-adi əməliyyat gedir və onu birbaşa Şabak qüvvələri idarə edir.

Bəzi sionist mənbələr də iddia ediblər ki, Cənində bugünkü kütləvi əməliyyatın məqsədi İslami Cihad hərəkatının tanınmış üzvlərindən birini həbs etməkdir və bu əməliyyat Fələstin müqavimətinin işğal olunmuş Fələstində çox böyük bir əməliyyat keçirmək niyyəti barədə ətraflı məlumat verildikdən sonra baş tutub.

Sonra elan olundu ki, sionistlərin bu gün Cənindəki cinayətinin məqsədi İslami Cihad hərəkatının üç liderini həbs etmək və ya öldürmək olub.  Hücum doqquz fələstinlinin şəhadəti və 20 nəfərin yaralanması ilə başa çatıb və sionistlər geri çəkiliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 − 1 =