HƏMAS: İşğalçı rejimin fələstinli uşaqlara qarşı cinayətləri zamanla aradan qalxmayacaq

HƏMAS: İşğalçı rejimin fələstinli uşaqlara qarşı cinayətləri zamanla aradan qalxmayacaq

HƏMAS “Fələstinli Uşaqlar Günü” münasibətilə verdiyi açıqlamada sionistlərin fələstinli uşaqlara qarşı cinayətlərinin mübarizənin davam etdirilməsinə mane olmayacağını bildirib.

HƏMAS bu gün (5 aprel) “Fələstinli Uşaqlar Günü” ilə bağlı bəyanat yayıb.

Şahab xəbər agentliyinin verdiyi məlumata görə, bəyanatda sionist rejimin fələstinli uşaqlara qarşı cinayətlərinin zaman keçdikcə aradan qalxmayacağı və Fələstin xalqının qanuni mübarizəsini davam etdirməsinə mane olmayacağı bildirilib.

HƏMAS əlavə edib ki, fələstinli uşaqların dünyanın gözü qarşısında qətlə yetirilməsi və günahkarlar mühakimə olunmadan beynəlxalq ictimaiyyətin susması işğalçı rejimin beynəlxalq hüquqa məhəl qoymamasının miqyasını ortaya qoyur.

Fələstin hərəkatı bəyanat yayaraq bildirib ki, sionist rejim fələstinli uşaqları saxlayıb həbs etməkdə, həmçinin, onlara qarşı ən iyrənc psixoloji və fiziki işgəncələr verməkdə davam edir ki, bu da bütün beynəlxalq hüquq və konvensiyaların pozulmasıdır.

HƏMAS daha sonra sionist rejimin münaqişə bölgələrində uşaq hüquqlarını pozanların biabırçı siyahısına daxil edilməsinə çağırıb.

Hərəkat həmçinin insan haqları təşkilatlarını sionist addımları və fələstinli uşaqlara qarşı cinayətlərini ifşa etməyə səsləyib.

Keçən il qlobal uşaq müdafiə hərəkatının Fələstin bölməsi Uşaqların Beynəlxalq Müdafiəsi Günü (20 Noyabr) münasibətilə elan edib ki, 2021-ci ildə sionist rejim 61-i Qəzza zolağından, 16-sı İordan çayının qərb sahilindən və Qüdsdən olmaqla 77 fələstinli uşağı şəhid edib.

Fələstinli Uşaqların Müdafiəsi üzrə Beynəlxalq Təşkilatın direktoru Xalid Kərmiz ivrit dilli Səbha Makumit saytındakı hesabatında yazıb: “Sionist rejim 2000-ci ildən bəri 2000 fələstinli uşağı şəhid edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 7 =