HƏMAS İsrailə xəbərdarlıq etdi: Məscidül-Əqsaya hücum cəhənnəm qapılarını işğalçıların üzünə açacaq

HƏMAS İsrailə xəbərdarlıq etdi: Məscidül-Əqsaya hücum cəhənnəm qapılarını işğalçıların üzünə açacaq

HƏMAS İslami Müqavimət Hərəkatının siyasi büro rəhbərinin müavini müqəddəs Ramazan ayı ərəfəsində verdiyi açıqlamada İsrailə Məscidül-Əqsaya hücumla bağlı xəbərdarlıq edib.

Saleh Əl-Əruri Əl-Məyadinə müsahibəsində deyib: “Biz sionist düşmənin fəalığının və bəzi region ölkələrinin müqəddəs Ramazan ayında gərginlik və toqquşmaların qarşısını almaq üçün genişmiqyaslı fəaliyyətinin şahidi oluruq.”

Əl-Əruri əlavə edib: “Müxtəlif tərəflərə qəti mesajımız budur ki, Məscidül-Əqsaya və ya onun bu müqəddəs yerə yaxınlığına hər hansı bir hücum cəhənnəmin qapılarını işğalçıların üzünə açacaq.”

O, aydınlıq gətirib:Mesajımız iki məsələni ehtiva edir. Bunlardan birincisi ibadət edənlərin Qüds və Məscidül-Əqsaya girişinin qarşısının alınması və ya onlara hər hansı bir hücumla bağlıdır.

İkinci məsələ fələstinli məhbuslarla əlaqəlidir. Hamıya elan etmişik ki, Ramazan ayına girsək və məhbusların aclıq aksiyası davam etsə, vəziyyət növbəti gərginlik halına çevriləcək.

Əl-Əruri deyib: “Sionist düşmən indi Qüds və Məscidül-Əqsanın sınağı ilə üz-üzədir. İndi işğalçıların Qüdsün, müqəddəs yerlərin və Məscidül-Əqsanın bizim üçün qırmızı xətt olduğunu öyrənmə vaxtıdır.”

O, Qəzzədə 11 günlük müharibəyə toxunaraq bildirib: “Qüds Qılıncı döyüşündə biz aylarla davam edən müharibəyə hazır idik və Qəzzədə 11 günlük müharibə hazır olduğumuz uzun müharibənin başlanğıcı idi. Qüds Qılıncı döyüşü düşmən üçün təhlükəli strateji cəhətləri ortaya qoydu və ən əsası, bu rejimin daxili təhlükəsizliyinin olmadığını göstərdi. Çünki 1948-ci ildə işğal olunmuş ərazilərin sakinləri də Qüds və Qəzzə sakinlərinə dəstək olmaq üçün ayağa qalxdılar. “

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − eleven =