HƏMAS: “İsrail rejimi Qəzzada reabilitasiya mərkəzini və xəstəxananı bombaladı”

HƏMAS: “İsrail rejimi Qəzzada reabilitasiya mərkəzini və xəstəxananı bombaladı”

HƏMAS-ın sözçüsü Hazim Qasım bildirib ki, İsrail rejimi reabilitasiya mərkəzinə və uşaq xəstəxanasına döyüş təyyarələri ilə zərər verub, və bu cinayət Fələstin xalqının mübarizəsini davam etdirmək israrını daha da artıracaq.

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, sionist rejimin döyüş təyyarələri bu gün səhər (26 dekabr) Qəzzadakı bölgələrə hücum edib.

HƏMAS-ın sözçüsü Hazim Qasım sionist rejimin ordusunun Qəzzaya vəhşicəsinə hücumlar etdiyini, lakin bu cinayətin Fələstin xalqının iradəsini qırmayacağını, əksinə qanuni hüquqları və bunun uğrunda mübarizəsini artıracağını söyləyib.

HƏMAS-ın sözçüsü hücumun mülki vətəndaşları qorxutduğunu və atılan raket parçalarının uşaq xəstəxanasına və bir reabilitasiya mərkəzinə düşdüyünü və onlara zərər verdiyini bildirib.

O, hücum nəticəsində bir dinc sakin ilə bir uşağın yaralanaraq, müalicə üçün xəstəxanaya aparıldığını deyib.

Sionist rejimin qırıcıları Qəzzanın şərqindəki müqavimət bazasına beş raket atmışdı. Hücumlar Qəzzanın geniş ərazilərində güclü partlayışlara və elektrik enerjisinin kəsilməsinə səbəb oldu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 − ten =