Həmas Kolumbiya prezidentinin sionist rejimə qarşı mövqeyini alqışladı
Həmas Kolumbiyanın İsraillə əlaqələri kəsməkdə göstərdiyi cəsarətli mövqeyini alqışladığını elan edib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Kolumbiya Prezidenti Qustavo Petro avqustun 14-də Qəzzə müharibəsində soyqırımı siyasətinə etiraz məqsədilə sionist rejiminə kömür ixracını qadağan edib.
Məlumata görə Həmas bütün ölkələri faşist İsrail rejimi ilə əlaqələri kəsməyə, sanksiyalar tətbiq etmək, Təl-Əvivi təcrid etmək, onun başçılarını cəzalandırmaq və müharibə cinayətkarı kimi mühakimə etmək üçün hərəkətə keçməyə çağırıb.
Qeyd edək ki, Kolumbiya sionist rejimin ən böyük qalıq yanacaq tədarükçüsüdür. Kolumbiya prezidentinin bu qərarı elə bir zamana təsadüf edir ki, bu ölkənin Mədənçilər Təşkilatı İsraillə bağladığı müqaviləyə əsasən, kömür ixracını dayandıra bilməz.