HƏMAS Küveytə Tel-Əvivlə münasibətlərin normallaşmasına qarşı çıxdığına görə təşəkkür edib

HƏMAS Küveytə Tel-Əvivlə münasibətlərin normallaşmasına qarşı çıxdığına görə təşəkkür edib

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) liderlərindən biri Küveyt hökuməti və xalqını sionist rejimlə münasibətləri normallaşdırmağa qarşı olduqlarına görə təşəkkür etdi.

Həmasın liderlərindən biri olan İsmail Rizvan Küveyt hökumətini və xalqını sionist rejimlə münasibətlərin normallaşmasına qarşı çıxdıqları üçün salamladı və ərəb hökmdarlarını Küveytdən nümunə götürməyə çağırdı.

Əl-Məyadinə verdiyi müsahibədə Rizvan Küveyt hökumət və xalqının ABŞ Prezidenti Donald Tramp və Sionist rejimlə münasibətlərini normallaşdırmağa başlayan ölkələrə sərt cavab verdiyini və Fələstin məsələsinin önəmli bir məsələ olduğunu söylədi.

Həmçinin, Küveytin mövqeyinin BƏƏ və Bəhreyn rəhbərlərinə və sionist rejimlə münasibətlərini normallaşdıranların hamısına bir şillə olduğunu açıqladı.

Küveytin mövqeyi işğalçı rejimin ilk düşmən olduğunu vurğulamaq idi.

Rizvan Fələstin Muxtariyyətini nümunə götürərək ərəb rejimlərini Ərəb Birliyinin mövqeyinə qarşı çıxmağa çağırdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + seven =