Həmas liderilərinin Qəzzədən çıxma xəbəri yalandır

Həmas liderilərinin Qəzzədən çıxma xəbəri yalandır

Fələstin İslami Müqavimət qaynaqları liderlərin Qəzzəni tərk etmə barədə sionist rejimin iddialarını təkzib edib.

İRNA-nın məlumatına əsasən, Həmas yetkililəri bu gün (5 yanvar) Əl Ərəbiyyəl Cədid telekanlı ilə müsahibədə deyiblər ki, Hərəkat liderlərinin Qəzzəni tərk etmə barədə razılığa gəlmə xəbəri sırf yalandır və bu haqda sionist rejimlə heç bir razılığa gəlməmişik.

Məlumatlı qaynaqlar əlavə edib: Sionoist rejim nümayəndə heyəti ilə hələ bir sıra məsələləri həll etmək üçün danışıqlar davam edir. Nəticələr daha sonra açıqlanacaq.

Qeyd edək ki, Həmas ötən cümə günü bir bəyanat yayaraq sionist rejimlə vasitəli müzakirələrin Qətər paytaxtı Dohada yenidən başlaması barədə bəyanat yaylmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + six =