HƏMAS liderinin bildirdiyi “1111” şifrə region KİV-lərində gündəm olub

HƏMAS liderinin bildirdiyi “1111” şifrə region KİV-lərində gündəm olub

HƏMAS-ın Qəzzadakı lideri Yəhya Sinvarın son çıxışında işlətdiyi “1111” kodu regionda gündəmi zəbt edib.

HƏMAS-ın Qəzzadakı rəhbəri Yəhya Sinvar bir neçə gün öncə çıxışı zamanı jurnalistlərə “1111 kodunu məndən eşidin və yaxşı yadda saxlayın” deməsi, Fələstində eləcə də İsraildə KİV-lərin gündəmini zəbt edib.

HƏMAS lideri bu kodun açıqlanmasını həmin vaxt vermədiyindən, onun izahı ilə bağlı çoxlu versiylar irəli sürülüb.

İlk versiyaya görə, 1111 rəqəmi gələn həftələrdə baş tutacaq əsir və məhbusların mübadiləsilə bağlı İsrailin azad edəcəyi şəxslərin sayına işarə edir.

Lakin HƏMAS mənbələri ötən gün bildiriblər ki, bu heç də əsir və məhbuslara aid deyil. Onlar bildiriblər ki, bu rəqəm Qəzzadakı hərəkatların növbəti hərbi nəaliyyətinə aiddir ki, gələcəkdə açıqlanacaq.

Qeyd edək ki, Qəzzadakı hərəkatlar son 12 günlük müharibədə İsrailə 4 mindən çox raket atıblar. İsrailin hərbi ekspertlərinin məlumatına görə, havadan müdafiə bu raketlərin üçdə ikisinin qarşısını ala bilib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =