HƏMAS: Livandan atılan raketlər İsrailin hesablamalarını alt-üst etdi

HƏMAS: Livandan atılan raketlər İsrailin hesablamalarını alt-üst etdi

Fələstin xaricindəki HƏMAS hərəkatının sədr müavini Livanın cənubundan atılan raketlərə görə sionistlərin çaşqınlığına toxunaraq vurğulayıb ki, sionist rejimi məhv edilməlidir.

Fələstin xaricindəki HƏMAS hərəkatının sədr müavini Musa Əbu Mərzuq vurğulayıb ki, sionistlərin İordaniyanın Əqəbə və Misirin Şərmuş-Şeyx bölgəsində Muxtariyyət Təşkilatının rəsmiləri ilə görüşləri Fələstin müqavimətini cilovlaya bilmədi.

Qüds xəbər agentliyi Əbu Mərzuqa istinadən xəbər verir ki, bu konfranslar biabırçı şəkildə uğursuzluqla nəticələnib və sionist qüvvələr və Muxtariyyət Təşkilatının xidmətləri İordan çayının qərb sahilindəki müqaviməti məhv edə bilməyib və bu tipli hər hansı digər toplantı mütləq uğursuzluqla nəticələnəcək.

O, davam edib: Hamı bilir ki, bu tənliyin əsas aktorları müqavimət qüvvələridir. Fələstin xalqının müqavimətinə zərbə vurmaq üçün keçirilən bu cür konfranslar uğursuzluğa düçar olacaq və yalnız İsrailin məhv edilməsi müqavimətin azalmasına səbəb olacaq.

Bu HƏMAS rəsmisi qeyd edib ki, şəhərsalmaların davamlı olaraq genişləndirilməsi, Fələstin xalqının torpaqlarının müsadirə edilməsi, Qüdsün yəhudiləşdirilməsi, Qəzzə zolağının mühasirəsinin gücləndirilməsi və ona davamlı hücum və təkrar həbslər yalnız siyasi və hərbi gərginliyi artıracaq.

Əbu Mərzuq müqavimətin və Fələstin xalqının bu təcavüzlərə qarşı boş durmayacaqlarını və özlərini müdafiə edəcəklərini bildirib və deyib: Qüds qılınc müharibəsi Fələstinin azadlığı və qaçqınların geri qayıtması yolunda müsbət dönüş nöqtəsi və Qərb Sahilində silahlı müqavimətin canlanmasına səbəb oldu.

O, son günlər Livanın cənubundan işğal olunmuş Fələstinin şimalında yerləşən İsrail yaşayış məntəqələrinə raket hücumlarına toxunaraq vurğulayıb: Bu raketlər Əl-Əqsaya görə Livandan atılıb. Ona görə də düşmən öz cinayətlərini davam etdirə və millətimiz də bunları susqunluqla seyr edə bilməz. Bu raketləri kim atdısa, İsrailin hesablamalarını alt-üst edən qəhrəmanlıq edib.

Fələstində müqavimətin artdığını vurğulayan bu HƏMAS rəsmisi sionist rejimin baş nazirinə də bu mesajı verdi: Gedin daxili işlərinizi düzəldin və qabağa qaçmayın, çünki rejimin daxili əleyhdarlarının sizə vurduğu zərbələr sizin Fələstin müqaviməti ilə hərtərəfli münaqişəyə girdiyiniz zaman dəyəcəyi zərərdən qat-qat azdır.

Əbu Mərzuq bu yaxınlarda Pentaqondan sızdırılan və Muxtariyyət Təşkilatı ilə sionistlər arasında təhlükəsizlik koordinasiyasına işarə edən sənədlər haqqında deyib: “Bizim koordinasiya olduğunu bilmək üçün Pentaqonun sənədlərinə ehtiyacımız yoxdur. Bu, çox təəssüf doğurur və ölkəmizdə heç bir şərəfli şəxs bu məsələni qəbul etməz.”

Sonda o, Muxtariyyət Təşkilatından bu koordinasiyaya son qoymalarını və sionistlərin dəyər vermədiyi razılaşmalara sevinməmələrini istəyib və deyib: Siz Fələstin xalqına və onların milli birliyinə ümid bəsləməli və sionistlərlə danışıqlar aparıb razılaşmamalı, əksinə onlarla mübarizəya qalxmalısınız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + eighteen =