HƏMAS: Məscidül-Əqsaya qarşı təcavüzün davam etməsi “odla oynamaq”dır

HƏMAS: Məscidül-Əqsaya qarşı təcavüzün davam etməsi “odla oynamaq”dır

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) sionist rejimin təcavüzünün davam etməsinə cavab olaraq, bu rejimin səlahiyyətlilərinə təcavüzlərin davam etdirilməsinin “odla oynamaq” olduğunu vurğulayıb.

HƏMAS-ın sözçüsü Hazim Qasim sionistlərin Qüds və Məscidül-Əqsaya qarşı təcavüzünə reaksiya verib və deyib: Qüds və Məscidül-Əqsada baş verənlər odla oynamaq kimidir.

O, işğalçıların Qüdsdə islami müqəddəs məkanlara qarşı hücumlarının artmasına toxunaraq, fələstinlilərin Əl-Əqsa məscidinə qarşı misli görünməmiş hücumlarla üzləşdiyini bildirib.

HƏMAS sözçüsü Babəl-Əmud bölgəsinə edilən son hücumların təhlükəli bir hərəkət olduğunu bildirib və işğalçıların təcavüzünə qalib gəlmək üçün fələstinlilərin Məscidül-Əqsaya getməsini davam etdirməyə çağırıb.

Əl-Qüdsul-Ərəbi qəzetinin məlumatına görə, Qasim sionist rejimin yeni kabinetinin Qüds və Məscidül-Əqsaya qarşı təcavüzü artırdığına işarə edərək, işğalçıların təcavüzü ilə mübarizədə ərəb və beynəlxalq hərəkatların əhəmiyyətini vurğulayıb və deyib:

 “İşğalçı rejimin Qüds və Məscidül-Əqsadakı davranışı onun irqçi siyasətlərinə qarşı çıxmaq üçün region və dünya ölkələrinin mövqelərinə biganəliyini göstərir.”

O bildirib ki, Məscidül-Əqsaya qarşı müharibənin davam etdirilməsi işğalçı rejimin quldurluğunu və beynəlxalq qanunlara məhəl qoymamasını göstərir.

İşğalçı İsrail rejiminin əsgərləri cümə axşamı gecəsi (dünən gecə) sionist mühacirlər ilə eyni vaxtda Talmud ayinləri  keçirmək üçün Əl-Əqsa məscidi yaxınlığındakı Babəl-Əmud bölgəsində toplaşıb və onlarla fələstinlilər arasında qarşıdurma yaranıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × one =