Həmas Mahmud Abbas təşkilatının dağıdıcı mövqelərini kəskin tənqid edir
Həmas Fələstin Özünüidarə Təşkilatının xəyanətkar mövqelərini və Fələstinlə bağlı şübhəli Amerika-regional planında iştirak etməsi ilə bağlı iddialarını qəti şəkildə pisləyərək Əbu Mazenin çaşdırıcı hərəkətlər yerinə Fələstinin milli maraqlarını düşünməli olduğunu vurğulayıb.
Sizinyolun xarici medialara istinadən verdiyi məlumata görə, Həmas sözçüsü Hazim Qasim bu gün (29 yanvar) FÖT-ün Həmas barədə ABŞ və bəzi region ölkələrinin “kiçik Fələstin dövləti” yaratmaq üçün şübhəli planında iştirak etməsi ilə bağlı iddialarına cavab olaraq deyib: Bu danışıqlar yalan iddia və başqa fantaziyadan başqa bir şey deyil.
Fələstin xalqına xəyanət etməkdə və həm sözdə, həm də əməldə sionist işğalçılara xidmət etməkdə davam edərkən, dünən bu təşkilat Fələstin imicini məhv etmək cəhdi çərçivəsində xainliklə Həmasın ABŞ-la əlbir olması barədə iddialar irəli sürüb.
Hazim Qasim əlavə edib: Bu cür planlar yalnız FÖT-dəki bəzi nüfuzlu partiyaların xəyalıdır və onların məqsədi hərəkatın müharibədəki nailiyyətlərindən sonra Həmasın imicini məhv etməkdir.