Həmas Malayziyanın bu addımını təqdirəlayiq hesab etdi

Həmas Malayziyanın bu addımını təqdirəlayiq hesab etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Həmas bir açıqlamasında Malayziyanın Fələstin xalqına və onların işğalçı rejimə qarşı azadlıq və müstəqillik uğrunda ədalətli mübarizəsinə verdiyi dəstəyini yüksək qiymətləndirib.

Bu hərəkat eyni zamanda Malayziya hökumətinin, millətinin və parlamentinin sionist rejimlə münasibətlərin normallaşmasına, bölgəyə nüfuz etmək və gələcək millətlərə və nəsillərə hakim olmaq üçün bu təhlükəli sionist planına qarşı tarixi mövqeyini yüksək qiymətləndirib.

Malayziyanın xarici işlər naziri çərşənbə günü ölkəsinin Fələstin xalqının mübarizəsini dəstəkləməkdə və İsrailin bu ərazilərdə təcavüzünün davam etməsinə qarşı durmaqda möhkəm olduğunu vurğulayıb.

Abdullah həmçinin İsrailin Malayziyanın “İbrahim” müqaviləsinə qoşulma ehtimalı ilə bağlı iddialarını da rədd edib.

Bundan əvvəl İsrailin Regional Əməkdaşlıq Naziri İsavi Fəric, Oman, Tunis, Qətər və Malayziyanın rejimlə münasibətləri normallaşdırmaq üçün bu razılaşmaya qoşulma ehtimalının olduğunu iddia etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 4 =