Həmas Megiddo həbsxanasında fələstinli məhbuslara edilən işgəncələrə reaksiya verdi

Həmas Megiddo həbsxanasında fələstinli məhbuslara edilən işgəncələrə reaksiya verdi

 Həmas bəyanat yayaraq sionist rejimin “Megiddo” həbsxanasında fələstinli məhbuslara işgəncə verilməsini pisləyib.

Əl Aləm telekanalının məlumatına əsasən, Həmasın bu gün (7 sentyabr) verdiyi bəyanatında deyilir: İşğalçı qüvvələr və sionist rejimin nasist həbsxana təşkilatı tərəfindən Megiddo zindanında fələstinli məhbusların təhqir edilməsi və onları qorxutmaq üçün polis itlərindən istifadə edilməsi həbsxana gözətçilərinin fələstinli məhbuslara qarşı nifrət və sadizm səviyyəsini göstərir. Bu isə rejimin ekstremist terrorçu naziri İtmar Ben Qvirin təsdiqləməsi ilə baş tutur.

Bəyanatda həmçinin deyilir: Bu cinayətlər işğalçı rejimin həbsxanalardakı məhbuslarımıza qarşı vəhşicəsinə hərəkətləri, o cümlədən işgəncə, aclıq, qəsdən tibbi laqeydlik  halları insan haqlarından məhrum edilməsi çərçivəsində törədilir ki, şəhid məhbusların sayı artsın.

Həmas bəyanatın sonunda beynəlxalq təşkilat və qurumlardan bu cinayətlər qarşısında susmamalarını və onların qarşısını almaq üçün tədbirlər görülməsini istəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − 6 =