HƏMAS: Müqavimət Fələstini azad etmək üçün hər zamankındən daha çox hazırdır

HƏMAS: Müqavimət Fələstini azad etmək üçün hər zamankındən daha çox hazırdır

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) Qəzzə müharibəsinin səkkizinci ildönümü və Əl-Qəssam Briqadaları komandirlərindən birinin öldürülməsi ilə əlaqədar verdiyi açıqlamada müqavimətin Fələstini azad etmək üçün hər zamankındən daha çox hazır olduğunu vurğuladı.

Həmas hərəkatı şənbə günü İsrailin 2012-ci ildə Qəzzə zolağına qarşı ikinci müharibəsinin səkkizinci ildönümü və Həmas hərbi qanadı İzzəddin Əl-Qəssam taborunun komandiri “Əhməd Əl-Cəbəri”nin öldürülməsi ilə əlaqədar verdiyi açıqlamada Fələstinin azad edilməsinin davam etdiyini vurğuladı.

Həmas açıqlamasında dedi: “Səkkiz il əvvəl Tel-Əvivi hədəf alan müqavimət bu gün daha da gücləndi və torpaqları azad etmək yolunu davam etdirmək üçün daha hazır və israrlıdır. Həmçinin, bütün Fələstini işğalçıdan azad edib qovmaq məqsədindən heç vaxt geri çəkilməyəcək.”

Ər-Risalə saytının verdiyi məlumata görə, açıqlamada milli birliyin strateji bir seçim olduğu və müqavimətin müxtəlif cəbhələrdəki torpaqları azad etmə istiqamətində birlik bərpa olunana qədər aramlaşmayacağı bildirildi.

Həmas işğalçı rejimin həbsxanalarındakı qəhrəman məhbusları da salamladı və onların sərbəst buraxılması üçün müqavimət göstəriləcəyini vurğuladı.

2008-ci ilin sonlarında ilk müharibədən bu yana 14 Noyabr 2012-ci ildə Sionist rejim Qəzzə zolağına qarşı 8 gün davam edən bir müharibə başlatdı və bu, Qəzzəya qarşı ikinci müharibə oldu.

Müharibə Həmasın Qəzzə şəhərindəki hərbi qanadının İzzəddin əl-Qəssam Briqadaları komandiri Əhməd əl-Cəbərinin öldürülməsindən sonra başladı.

Əl-Qəssam Briqadaları ilk dəfə işğal altındakı Fələstin torpaqlarındakı olan İsrail bazalarını və qəsəbələrini hədəfə alaraq 1573 raket atdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 4 =