HƏMAS: Müqavimət liderləri öldürülərsə, Tel-Əviv bombalanacaq
HƏMAS Misir hökumətindən vasitəçi ünvanında bu hərəkatın xəbərdarlıq mesajını sionist liderlərə çatdırmasını istəyib.
Əl-Məyadin məlumatlı mənbələrə istinadən xəbər verir ki, HƏMAS rəhbərləri sionistlərin Məscidül-Əqsaya təcavüzü və şəhadət əməliyyatları ilə bağlı Misir rəsmiləri (vasitəçi qismində) ilə məsləhətləşiblər.
Şəbəkənin məlumatına görə, HƏMAS hərəkatı sionist rejimi Əl-Əqsa məscidinə hücumlarını dayandırmağa və 2000-ci ildən əvvəlki şəraitə qaytarmağa çağırıb.
HƏMAS həmçinin Misir rəsmilərinə bildirib ki, hərəkat sionistlərin öz liderlərinə sui-qəsd təhdidlərindən qorxmur və Tel-Əviv “belə axmaqlığın” nəticələrini yaxşı bilir və müqavimət liderlərinə sui-qəsd əməliyyatları başlayarsa, sionist şəhərlərində partlayışlar bərpa olunacaq.
HƏMAS hərəkatı həmçinin misirliləri məlumatlandırıb ki, sionist rejim öz hədələrini yerinə yetirərsə, Tel-Əviv və onun ətrafı müqavimət raketlərinin hədəfinə çevriləcək.
HƏMAS sözçüsü Hazim Qasim dünən (cümə) sionist rejimin keçmiş nümayəndələri, rəsmiləri və jurnalistlərinin hərəkatın Qəzzədəki lideri Yəhya Əs-Sənvarı öldürmək tələbinə cavab olaraq belə deyib:
“HƏMAS hərəkatının liderlərinin öldürülməsinə əsaslanan bu təhdidlər yeni təhdidlər deyil və biz [sionistlərin] bunlara öyrəşmişik.”
Dünən (cümə) müvəqqəti sionist rejimin bəzi nümayəndələri və keçmiş rəsmiləri və onların jurnalistləri açıq şəkildə HƏMAS hərəkatının liderinin öldürülməsinə çağırış ediblər.
Onlar Tel-Əvivin şərqindəki əl-Adda baş verən son iki müqavimət əməliyyatında Əs-Sənvarı günahlandırdılar. Əməliyyat cümə axşamı gecə keçirilib, nəticədə 3 sakin ölüb, bir neçə nəfər yaralanıb.
Bundan əvvəl Yəhya Əs-Sənvar Fələstin xalqını və Qəzzəni sionist rejimin Məscidül-Əqsaya təcavüzünə cavab olaraq Tel-Əvivdə müqavimət əməliyyatlarını davam etdirməyə çağırmışdı.