HƏMAS: Nablus şəhidlərinin qanının qisasını alacağıq

HƏMAS: Nablus şəhidlərinin qanının qisasını alacağıq

İordan çayının qərb sahilində sionist rejimlə mübarizənin davam etdirilməsinin zəruriliyini vurğulayan HƏMAS hərəkatı Nablus şəhidlərinin qanının qisasını alacaqlarını qeyd edib.

İRNA-nın cümə axşamı Şahab xəbər agentliyinə istinadən verdiyi məlumata görə, HƏMAS hərəkatının sözçüsü Əbdüllətif Əl-Qanu sionist qüvvələrlə silahlı qarşıdurmada üç fələstinli gəncin şəhid olması ilə bağlı başsağlığı verib.

O, bildirib ki, müqavimət qəhrəmanlarının öldürülməsi onların əməliyyatlarını dayandırmayacaq və Fələstin müqaviməti terror cinayətlərinə qətiyyətlə cavab verəcək və şəhidlərin qanının qisasını alacaq.

Əl-Qanu həmçinin, qeyd edib: Sionist rejimin Nablusda bir neçə müqavimət qəhrəmanını qətlə yetirmək cinayəti işğalçılar və onların faşist kabinetinin qara dəftərinə əlavə olunacaq və bu rejim öz cinayətlərinin bədəlini ödəyəcək.

HƏMAS hərəkatının sözçüsü bütün Fələstin xalqını, inqilabçı gəncləri, müqavimət qəhrəmanlarını və İordan çayının qərb sahilindəki bütün hərbi təşkilatları sionist düşmənlə mübarizəni davam etdirməyə və şəhidlərin qanının qisasını almağa çağırıb.

Bu səhər sionist işğalçı qüvvələr Nablusda bir evə basqın edərək 3 Fələstin vətəndaşını qətlə yetiriblər.

Fələstinin Səhiyyə Nazirliyi indiyə qədər bugünkü Nablus şəhidlərindən ikisinin cənazəsinin dağıntı altından çıxarıldığını açıqlayıb.

Sionist Ordu Radiosu bugünkü şəhidlərin bu yaxınlarda Əl-Əğvar əməliyyatını həyata keçirdiklərini və HƏMAS hərəkatının üzvləri olduqlarını açıqlayıb.

Nablusun bugünkü şəhidləri Həsən Qətnani, Məaz Əl-Misri və İbrahim Cəbrdir.

Fələstin Qızıl Aypara Cəmiyyəti həmçinin sionistlərin Nablusa hücumu zamanı bir neçə tələbənin də olduğu 152 nəfərin gözyaşardıcı qazların inhilyasiyasından xəsarət aldığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 2 =