HƏMAS: Netanyahunun sözləri sionist rejimin faşist mahiyyətini ortaya qoydu

HƏMAS: Netanyahunun sözləri sionist rejimin faşist mahiyyətini ortaya qoydu

HƏMAS hərəkatı sionist rejimin baş nazirinin müstəqil Fələstin dövlətinin yaradılması ideyasının məhv edilməsi zərurəti ilə bağlı sözlərinə reaksiya verib.

HƏMAS hərəkatı sionist rejimin baş naziri Benyamin Netanyahunun sözlərinə cavab olaraq bəyanat yayıb və vurğulayıb ki, bu sözlər bu faşist rejimin sülhü dəstəkləməklə bağlı saxta şüarlardan uzaq olduğunu, soyqırım və şəhərsalmaların inkişafı sahəsindəki məqsədlərini açıq şəkildə ortaya qoyur.

Bu bəyanatın davamında deyilir: Fələstin Muxtariyyəti və Fələstin Azadlıq Təşkilatının rəhbərləri Netanyahunun sözlərinin kölgəsində işğalçılarla əməkdaşlığı və barışıq prosesini və Tel-Əvivlə nəticəsiz danışıqları yenidən nəzərdən keçirməlidirlər. Onlar Tel-Əvivlə bütün təhlükəsizlik əməkdaşlığı və koordinasiyasını dayandırmalı və sionistlərlə mübarizəni Fələstin torpaqlarından tamamilə çıxarılana qədər davam etdirmək qaydası əsasında işğalçılara qarşı milli mövqe tutmalıdırlar.

HƏMAS hərəkatı vurğulayıb: Fələstin dövlətinin qurulması və Fələstin xalqının milli hüquqları güc tətbiq etməkdən başqa bir yolla mümkün olmayacaq və biz düşmənlərdən kömək istəməməliyik. Ərəb qardaşlarımız da sionist rejimi boykot etməli və Tel-Əvivlə münasibətlərin normallaşdırılmasının bütün formalarını dayandırmalıdırlar.

Bu bəyanatda deyilir: Ərəb ölkələri ilə sionist rejim arasında münasibətlərin normallaşması bu rejimin təcavüz və satqınlığını və Fələstin torpaqlarının daha çox talan edilməsini artırır. Beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər Təşkilatı da Netanyahunun Fələstin xalqının ən sadə hüquqlarını və bu təşkilatın qətnamələrini şübhə altına alan sözlərini pisləməlidir.

Dünən Netanyahu iddia edib ki, sionist rejim fələstinlilərin müstəqil Fələstin dövlətinin yaradılması üçün bütün yolları bağlamalıdır. Netanyahu həmçinin bildirib ki, sionist rejim Fələstin Muxtariyyət Təşkilatının başçısı Mahmud Abbasdan sonrakı dövrə hazırlaşır və müstəqil Fələstin dövlətinin yaradılmasına qəti şəkildə qarşı çıxır.

Netanyahunun bu sözləri İsrail parlamentinin Xarici Əlaqələr və Təhlükəsizlik Komissiyasının bağlı qapılar arxasında keçirilən iclasında səsləndirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + 14 =