Həmas: Qəzzada olduğu kimi Netanyahunu İordan çayının qərb sahilində də məğlub edəcəyik

Həmas Netanyahunu Qəzzada məğlub etdiyi kimi, İordan çayının qərb sahilində də məğlub edəcəyini vurğulayıb.
Sizinyolun xarici KİV-lərə istinadla verdiyi məlumata əsasən, Həmasın İordan çayının qərb sahilindəki lideri Zahir Cabarin dünən gecə (21 yanvar) deyib: Netanyahu öz hakimiyyətini qorumaq üçün müxtəlif cəbhələrdə müharibəni davam etdirməyə çalışır. Fələstin xalqını və onun hüquqlarını tanımayan faşist işğalçıları ilə üz-üzəyik.
Cabarin Qəzzadakı Fələstin xalqının birləşdiyini və cinayətkarların iradəsini qıra bildiyini bildiyini vurğulayaraq xatırladıb: Xalqımızın müqavimət və qurban vermək polad iradəsi var. Netanyahunun yeganə məqsədi hakimiyyətini davam etdirmək üçün öldürmək və məhv etməkdir.