HƏMAS: Qüdsü müdafiə etmək üçün qarşıdan gələn döyüş İsraillə münaqişə tarixində dönüş nöqtəsidir

HƏMAS: Qüdsü müdafiə etmək üçün qarşıdan gələn döyüş İsraillə münaqişə tarixində dönüş nöqtəsidir

HƏMAS-ın siyasi bürosunun rəhbəri hərəkat və Hizbullah arasında məsuliyyətli əməkdaşlığı vurğulayaraq Qüdsün müdafiəsi üçün qarşıdakı döyüşün işğalçı rejimlə genişmiqyaslı döyüş olacağınl bildirib.

Əl-Məyadin telekanalına müsahibəsində HƏMAS-ın siyasi bürosunun rəhbəri Saleh Əl-Əruri deyib:

İsrailin Əl-Əqsa məscidində ibadət edənlərə hər hansı müdaxiləsi gərginliyi artıracaq.

Bu gün işğalçı rejim Qüds və Məscidül-Əqsanı sınamaqla üz-üzədir və onların Qüds və müqəddəs yerlərin və Məscidül-Əqsanın bizim üçün qırmızı xətt olduğunu öyrənməsinin vaxtı gəlib çatıb.

O vurğulayıb: Sionist rejim mübarək Ramazan ayında ibadət edənlərin Məscidül-Əqsaya daxil olmasına mane olmaqla öz üzlərinə cəhənnəmin qapılarını açacaq.

O, fələstinli məhbusların aclıq aksiyası ilə bağlı deyib: Müvafiq tərəflər bizə məlumat veriblər ki, Ramazan ayı gəlsə və məhbuslar hələ də aksiyaya davam edərsə, işğal olunmuş ərazilərdə vəziyyət gərginləşəcək. 11 günlük Seyfəl-Qüds döyüşü müqavimətin hazır olduğu uzun müharibənin başlanğıcıdır.

Qüdsü müdafiə etmək üçün işğalçı rejimlə növbəti qarşıdurma rəsmi  və kütləvi şəkildə və daha geniş miqyasda olacaq. Həmçinin, işğalçı rejimlə münaqişə tarixinin dönüş nöqtəsi sayılacaq.

HƏMAS rəsmisi 1948-ci ildə Fələstinin işğal olunmuş əraziləri olan Birəs-Səbə və Əl-Xəzirədə son zamanlar anti-sionist əməliyyatları haqqında deyib:

Bu əməliyyatlar Fələstinin varlığını və kimliyini məhv etmək cəhdlərinə əsil müxalifəti göstərir. Müqavimətimiz və istənilən qrupdan olan döyüşçülərimiz daim işğalçı rejimlə mübarizədədir.

Əl-Əruri bəzi ərəb rejimləri ilə İsrail arasında münasibətlərin normallaşdığına da toxunub:

İsrail rejimi ilə münasibətləri normallaşdırma və əməkdaşlıq istiqamətində atılan hər bir addım Fələstin xalqına və onun müqəddəs saydığı şeylərə xəyanətdir. Təəssüf ki, İsrail öz maraqları üçün bəzi ərəb rejimlərinin müttəfiqinə çevrilib. Amma biz ərəb və islam ölkələrinin, istər Türkiyə, istər Qətər, istərsə də başqa ölkələr vasitəsilə İsrail rejiminə yaxın olmasını rədd edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 − 2 =