Həmas rəsmisi azad edilmiş əsirlərlə görüşdü

Həmas rəsmisi azad edilmiş əsirlərlə görüşdü

İbridilli media vasitələri Fələstin İslami Müqavimət Hərəkatı Həmas siyasi bürosu üzvünün əsir mübadiləsi razılaşmasına əsasən, israilli girovlarla görüşdüyündən xəbər verirlər.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Haarets qəzeti yazır: Həmas siyasi bürosu və onun hərbi qanadının yaradıcısı Yəhya Sinvar sionist əsirlərlə görüşərək onlarla ibri dilində söhbət edib.

Sionist rejimin 12-ci telekanalı xəbər verir: Yəhya Əl Sinvar israilli əsirlərə onların təhlükəsiz yerdə olduqlarını və heç bir pis hadisənin baş verməyəcəyini deyib.

Xatırladaq ki, Qətərin vasitəçiliyi ilə əldə edilən dördgünlük atəşkəs çərçivəsində İsrail və HƏMAS arasında əsir mübadiləsi aparılır. Dünən tərəflər arasında üçüncü məhbus mübadiləsi baş tutub.

Noyabrın 27-də azad ediləcək girovların və fələstinli məhbusların siyahısı ilə bağlı tərəflər arasında fikir ayrılıqları yaranıb. Hazırda atəşkəsə və məhbus mübadiləsinə vasitəçilik edən Qətər problemi həll etməyə çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 1 =