Həmas rəsmisi: İsmayil Həniyyənin öldürülməsi cavabsız qalmayacaq

Həmas hərəkatı siyasi bürosunun üzvü Musa Əbu Mərzuq İsmayil Həniyyənin şəhid edilməsinə reaksiya verərək bu terrorun cavabsız qalmayacağını bildirib.
İRNA-nın Səma xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Musa Əbu Mərzuq bu gün (31 iyul) deyib: Komandir İsmayil Həniyyənin terror edilməsi qorxaq bir hərəkətdir və təbii ki, cavabsız qalmayacaq.
Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu bəyanat yayaraq HƏMAS lideri Tehrandakı iqamətgahında sui-qəsdə məruz qalıb və hücum zamanı Həniyyənin mühafizəçilərindən cangüdəninin də şəhid olduğunu elan etmişdi.