HƏMAS rəsmisi müdafiə barəsində danışdı

HƏMAS rəsmisi müdafiə barəsində danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Həmasın siyasi bürosunun üzvü Mahmud Əz-Zihar, Anadolu Xəbər Agentliyinə Fələstindəki son hadisələr haqqında danışıb.

O, Qəzzanın sionist rejim ilə sərhədindəki son nümayişlərə toxunaraq, bu addımların Fələstin xalqına qarşı törədilən cinayətləri dayandırmaq üçün sionist rejimə təzyiq göstərmək məqsədi daşıdığını söyləyib.

O, belə qeyd edib: “İsrailin atom bombası var, buna görə fələstinlilərin özünü müdafiə edəcək silahlara sahib olmaması məntiqlidirmi? Xüsusilə də nəzərə alsaq ki, Fələstin muxtariyyəti boynuna düşən bu vəzifədən boyun qaçırıb və yanlış bir prinsip- təhlükəsizlik əməkdaşlığı adlı bir cinayətlə İsrailə üz tutub.”

Əz-Zihar daha sonra Hamasın irəli sürdüyü layihənin işğalçı İsrail rejiminə qarşı bir müqavimət olduğunu, müharibə layihəsi olmadığını söyləyib. Onun sözlərinə görə, müharibə müqavimət vasitələrindən biridir.

O, həmçinin belə əlavə edib: “Biz hesabsız və kitabsız müharibələr istəmirik, amma bir çox müstəmləkə ölkələrin öz torpaqlarını müqavimətlə azad etdiyi kimi, biz də torpaqlarımızı azad edəcək son bir müharibə istəyirik. Bunun üçün özümüzü hazırlayır və təchiz edirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 5 =