Həmas rəsmisinin müqavimət komandirlərinin şəhadəti münasibəti ilə mesajı

Həmas rəsmisinin müqavimət komandirlərinin şəhadəti münasibəti ilə mesajı

 Həmas rəsmisi bir qrup Qəzzə müqavimət komandirinin şəhadəti münasibəti ilə verdiyi mesajda deyib: Allahın köməyi ilə müqavimət və Fələstin xalqı bütün məqsədlərinə çatdı.

Sizinyolun xarici medialar istinadən verdiyi məlumata görə,  Həmas lideri Xəlil  Əl Həyyə bu gün (31 yanvar) deyib: Komandirlərimiz onlara həvalə olunan əmanəti tam fədakarlıq və sədaqətlə həyata keçirdi,  Qüds və Məscidül-Əqsanın azad edilməsi yolunu davam etdirmək üçün mübarizə bayrağını gələcək gənc komandirlərə təhvil verdilər. Bu, böyük qayıdışın yolunu açıb.

Xəlil Əl Həyyə əlavə edib: Komandirlərimiz haqq yolunda canlarını fəda edərək Fələstinin azadlığı uğrunda cəbhənin ön cərgəsində düşmənlə üz-üzə dayandılar. Onların şəhid olması ilə əlaqədar həm özümüzə,  həm İslam xalqına və ümmətinə başsağlığı veririk. Onlar Qəssamın döyüşçüləri və digər müqavimət qruplaşmalarında olan qardaşları ilə birlikdə əfsanələr yaratdı.

Xəlil Həyyə müqavimət bayrağının yerə enməyəcəyini və ya yolundan sapınmayacağını vurğulayaraq qeyd edib: Tarix Qəssam Briqadalarının və digər müqavimət qruplarının epik qəhrəmanlarını dərin ehtiramla xatırlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × four =