HƏMAS: Sələfit əməliyyatı sionist düşmənin məğlubiyyətini göstərir

HƏMAS: Sələfit əməliyyatı sionist düşmənin məğlubiyyətini göstərir

HƏMAS hərəkatının sözçüsü vurğulayıb: İordan çayının qərb sahilində “Sələfit” bölgəsi yaxınlığında iki fələstinli gəncin anti-sionist əməliyyatı sionist rejimin təhlükəsizlik aparatı və hərbi qüvvələrinin müqavimətlə mübarizədə uğursuzluğunu göstərir.

Fələstin mediasına istinadən verilən məlumata görə, HƏMAS hərəkatının sözçüsü Əbdüllətif Əl-Qanu açıqlamasında deyib: Sələfit bölgəsində sionistlərin “Ariel” qəsəbəsində soyuq silahlarla qəhrəmancasına əməliyyatlar İntifazəni davam etdirməkdə və Məscidül-Əqsanı müdafiə etməkdə xalqımızın gündəlik hücumlara qarşı gücündən xəbər verir.

O deyib: Sələfitdəki qəhrəmancasına əməliyyat sionist rejim və onun təhlükəsizlik aparatları və hərbi qüvvələrinin müqavimət ruhunu öldürməkdə və onun genişlənməsinə qarşı çıxmaqda uğursuzluğunu göstərir.

HƏMAS sözçüsü bildirib ki, düşmənə qarşı hücumlarını davam etdirən və sionistlərin xalqa və Məscidül-Əqsaya qarşı təcavüzü ilə üzləşən İordan çayının qərb sahilinin inqilabçı gənclərinə salamlarımızı çatdırırıq.

Sionist rejimin xəbər mənbələri sionistlərin İordan çayının qərb sahilində yerləşən “Ariel” qəsəbəsi yaxınlığında iki anti-sionist əməliyyatının keçirildiyini və bu əməliyyat zamanı 3 mühacirin öldürüdüyünü və azı 3 nəfərin yaralandığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =