Həmas: Sabah 4 sionist məhbusun adı vasitəçilərə elan ediləcək

Həmas: Sabah 4 sionist məhbusun adı vasitəçilərə elan ediləcək

 Həmasın yüksək rütbəli üzvü əsir mübadiləsinin ikinci mərhələsində azadlığa buraxılacaq dörd sionist girovun adının vasitəçilərə elan ediləcəyindən xəbər verib.

Sizinyolun xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Zahir Cabbarin dünən gecə (23 yanvar) Əl-Ərəbi televiziyasına verdiyi müsahibədə deyib: Benyamin Netanyahu öz mövqeyini qorumaq üçün bütün cəbhələrin alovlu qalmasını istəyir. Şənbə günü Qəzza zolağının şimalındakı sakinlərə cənubdan şimalındakı yaşayış məntəqələrinə getməyə icazə veriləcək.

Cabarin əlavə edib: Bu geri dönüş zamanı vətəndaşların avtomobillərinin yoxlanılması Qətər və Misirin nəzarəti altında həyata keçiriləcək. Danışıqlarda Rəfah keçidinin idarəçiliyinin Misir-Fələstin olmasında israr etdik.

Qeyd edək ki, atəşkəs razılaşması üzrə danışıqların ikinci mərhələsi iki həftədən sonra başlayacaq. Qəzza zolağının yenidən qurulması mexanizmi danışıqların üçüncü mərhələsində araşdırılacaq və vasitəçilər onun irəliləyişinə zəmanət verəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − one =