HƏMAS: Seçkilər İsrailə legitimlik vermir

HƏMAS: Seçkilər İsrailə legitimlik vermir

İslami Müqavimət Hərəkatının (HƏMAS) sözçüsü sionist rejimin sabahkı parlament seçkilərinə cavab olaraq deyib: “Bu seçkilər işğalçı rejimə heç bir legitimlik vermir.”

HƏMAS-ın sözçüsü Əbdüllətif əl-Qanu Livanın Əl-Əhd xəbər saytına verdiyi müsahibədə vurğulayıb: “Knesset (İsrail parlamenti) seçkiləri işğalçı rejimə heç bir legitimlik vermir.”

O, əlavə edib: “İşğal rejimi bütün sosial, siyasi və təhlükəsizlik komponentləri ilə Fələstin torpağında işğalçı olaraq qalacaq.”

Sionist rejimin parlament seçkiləri sabah (çərşənbə axşamı) keçiriləcək, sorğular isə sağçı cəbhənin (Likud cəbhəsi və müttəfiqləri) baş nazir Yair Lapid və hərbi nazir Benni Qantsın rəhbərlik etdiyi rəqib cəbhəyə qarşı sarsıdıcı qələbəsini göstərir.

Sorğulara görə, son dörd ildə beşinci seçki sionist rejimdə hərtərəfli və sabit hökumətin formalaşmasına səbəb ola bilməyəcək və bu rejimin siyasi dalana ilişib qalması davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − five =