HƏMAS: Seçkilərin təxirə salınmasına qarşıyıq

HƏMAS: Seçkilərin təxirə salınmasına qarşıyıq

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Fələstinin HƏMAS hərakatının sözçüsü Əbdül Lətif Əl-Qanu seçkilərin vaxtında keçirilməli olduğunu vurğulayıb.

Əl-Məyadin xəbər telekanalı, Əl-Qanuya istinadən HƏMAS-ın seçkilərin təxirə salınması qərarına qarşı olduğunu bildirib.

O, həmçinin seçki prosesinə və Qahirədə bu mövzuda əldə edilən razılaşmalara riayət olunmasının vacibliyini vurğulayıb.

HƏMAS rəsmisi qeyd edib ki, HƏMAS Qüdsdə seçkilərin keçirilməsi üçün razılığa gəlməyə və hərəkətə keçməyə hazırdır.

Bu istiqamətdə, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə də bu yaxınlarda işğal olunmuş Qüdsdə seçkilərin keçirilməsinin vacibliyini vurğulamışdır.

Həniyyə, Qüdsdə seçkilərin keçirilməsinin milli bir müharibəyə və Sionist rejimlə siyasi bir qarşıdurmaya çevrilməsinin lazım olduğunu söyləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 18 =