Həmas sionist ordusunun Beyt Lahiyədə vəhşiliklərinə reaksiya verdi
Həmas işğalçıların bu gün Beyt Lahiyədə törətdikləri vəhşi qətliamı BMT və beynəlxalq ictimaiyyət üçün rüsvayçılıq kimi qiymətləndirərək bunu beynəlxalq ictimaiyyətin susqunluğunun cinayətkar sionist rejimi Fələstin xalqına qarşı bu cinayətlərini davam etdirməsinə nəticəsi olduğunu vurğulayıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına görə, Həmas hərəkatı bu gün (29 oktyabr) sionist rejimin Beyt Lahiyəyə hücumunda 100-ə yaxın insanı qətlə yetirməsinə etiraz bəyanatında deyib: Sionist cinayətkar rejim bir ildən artıqdır ki, Fələstin xalqını qətliam edir. Onların bu vəhşi cinayətləri ərəblərin acizliyi və beynəlxalq susqunluğu kölgəsində baş verir və nəticədə cinayətkar Netanyahunu Fələstin xalqını məhv etmək və köçürmək üçün cinayətkar planlarını davam etdirməyə təşviq edir.
Bəyanatda daha sonra deyilir: Biz dünyaya bir daha bildiririk ki, barbar sionist rejim xalqımıza qarşı növbəti dəhşətli qətliam törədir. Qəzzə zolağının şimalı təhlükəli etnik təmizləmə kampaniyası altındadır. Bu, günahsız mülki insanların müdafiəsində öz hüquqi və mənəvi rolunu yerinə yetirə bilməyən Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq və qlobal təşkilatlar üçün növbəti biabırçılıq və uğursuzluqdur.