Həmas Sionist rejimə qarşı müqaviməti gücləndirməyə çağırdı

Həmas Sionist rejimə qarşı müqaviməti gücləndirməyə çağırdı

Sizinyol xarici mediaya istinadən xəbər verir:

Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) İsrail qüvvələrinin “şəhid olmaq üçün əməliyyat həyata keçirməyə təşəbbüs” bəhanəsi ilə gənc bir fələstinlini şəhid etməsindən sonra, Sionist rejimə qarşı müqaviməti gücləndirməyə çağırdı.

Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) çərşənbə axşamı Sionist rejimə qarşı müqavimətin gücləndirilməsinə çağıran bir açıqlama yaydı.

Nur Camal Şəqirin şəhadəti münasibəti ilə başsağlığı verən Həmas açıqlamasında bildirib: “İşğalçılara qarşı müxtəlif müqavimət formalarının gücləndirilməsinə çağırırıq. Sionist işğalçılar yoxlama məntəqələrində bizim övladlarımızı hədəf alaraq öldürməyi artırıb.”

Həmçinin, Həmas Sionist işğalçıların Fələstin vətəndaşlarını öldürməsini beynəlxalq hüquqa əsasən, insanlıq əleyhinə bir cinayət kimi xarakterizə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − four =