HƏMAS: Sionist rejimi təcavüzlərini artırarsa müqavimət də öz hücumlarını artıracaqdır

HƏMAS: Sionist rejimi təcavüzlərini artırarsa müqavimət də öz hücumlarını artıracaqdır

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, son iki gündə Fələstin hərəkatı HƏMAS-ın Qüds əhalisinə qarşı təcavüzü dayandırmaq israrı nəticə verməyib.

Livanın Əl-Əxbar qəzetinin məlumatına görə, HƏMAS sionist təcavüzünün artması ilə Qəzzadakı müqavimət qüvvələrinin əməliyyatlarının da artacağını söyləyib.

HƏMAS, sionist rejimini öz təcavüzünü artıracağı təqdirdə, müqavimət qüvvələrinin hücumlarının da artacağı ilə təhdid edib.

HƏMAS-a bağlı mənbələr Əl-Əxbara bildirmişlər ki, Misir rəsmiləri və BMT-nin Yaxın Şərqdəki nümayəndəsi Tur Vinslənd Qüds və Qəzzadakı vəziyyəti araşdırmaq üçün Həmasla əlaqə qurmuş və Təl-Əvivin vəziyyəti gərginləşdirmək niyyətində olmadığını söyləmişlər.

Bu mənbələrə görə, Vinslənd HƏMAS-a müsəlmanları təhrik edən hərəkətlərin qarşısını alacağını söyləyib. Lakin HƏMAS, rejimin Fələstin seçkilərinə qarşı mənfi hərəkətlərinin qarşılığında bunun kifayət etmədiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × five =